Skip to content
Elit Solutions
Veb Dizayn

Leydi.az — Onlayn Qadın Jurnalı

Azərbaycan dilində qadın jurnalı — öz redaksiya sistemimiz ElitNewsCMS üzərində işləyir, 47 bölmədə 1400-dən çox yazı toplayıb.

Müştəri: Elit Solutionsİl: 2015Sayta bax

Layihə haqqında

Leydi.az Azərbaycan dilində qadın jurnalıdır. Gözəllik, moda, sağlamlıq, münasibətlər, dekorasiya, mətbəx, ana və uşaq, bürclər — jurnal doqquz əsas istiqamətdə yazılar dərc edir.

Bu gün saytda 47 bölmə1400-dən çox məqalə var. Yazıların yanında 540 foto seçki toplanıb.

Öz redaksiya sistemimiz

Sayt bizim öz məzmun idarəetmə sistemimiz — ElitNewsCMS üzərində işləyir. Hazır platformadan istifadə etmək əvəzinə onu özümüz yazdıq, çünki jurnalın gündəlik işi bir neçə konkret şey tələb edirdi:

  • Redaktor yazını özü dərc edir. Şəkli yükləyir, bölməni seçir, mətni yığır və dərc edir — heç bir texniki addım olmadan.
  • Bölmə quruluşu jurnalın özünə uyğundur. Doqquz əsas istiqamət, hər birinin içində alt bölmələr: «Gözəllik» altında makiyaj, dəriyə qulluq, saçlara qulluq, dırnaqlara qulluq, saç modelləri, plastik cərrahiyyə.
  • Hər yazının oxunma sayı saxlanılır — «ən çox oxunanlar» siyahısı buradan yığılır və redaksiyaya hansı mövzunun tutduğunu göstərir.

Sürət və axtarış görünüşü

Saytın qarşısında Cloudflare dayanır: səhifələr və şəkillər ziyarətçiyə ən yaxın serverdən çatır, bu da açılma sürətini artırır və əsas serverin yükünü azaldır.

Ünvanlar yazının başlığından qurulur — bölmə adı, sonra yazının adı. Belə ünvanlar həm istifadəçi üçün oxunaqlıdır, həm də axtarış sistemləri üçün anlaşıqlı. Hər məqalənin öz başlığı, təsviri və paylaşım şəkli var, ona görə sosial şəbəkələrdə paylaşılanda düzgün görünür.

Uzunmüddətli iş

Leydi.az 2015-ci ildən fasiləsiz işləyir. Bu illər ərzində sayt bizim texniki dəstəyimizdə olub — sistemin yenilənməsi, məzmunun artması, server tərəfindəki işlər bizim üzərimizdədir.

Təhvil verdiyimiz işin real ekran görüntüləri.

  • leydi.az
    Leydi.az-da lazer aparatları haqqında məqalə — böyük başlıq şəkli, tarix, bölmə adı, oxunma sayı və yan sütunda yeni məqalələr
    Məqalə səhifəsi — yan sütunda axtarış, ən çox oxunanlar və yeni yazılar.
  • leydi.az
    Leydi.az-ın «Bürclər» bölməsi — Çin ulduz falı haqqında yazının böyük şəkli, başlığı və qısa təsviri
    Bölmə səhifəsi — hər yazının şəkli, tarixi və oxunma sayı ilə.
  • Leydi.az məqaləsinin telefonda görünüşü — yığcam menyu, axtarış sahəsi və rahat oxunan mətn
    Telefonda məqalə — mətn ekranın enini tam tutur, menyu yığcamlaşır.