Skip to content
Elit Solutions
Veb Dizayn

BakuGuide — Bakının Onlayn Bələdçisi

Bakının restoran, kafe və əyləncə məkanları üçün dörd dildə bələdçi — 4500-dən çox məkan, redaksiya kolleksiyaları və xüsusiyyətlərə görə axtarış.

Müştəri: Elit Solutionsİl: 2026Sayta bax

Layihə haqqında

BakuGuide Bakıda hara gedəcəyini seçən hər kəs üçün onlayn bələdçidir. Restoranlar, kafelər, çay evləri, klublar, şadlıq sarayları — şəhərin 4500-dən çox məkanı bir yerdədir.

Sayt dörd dildə işləyir: Azərbaycan, ingilis, rus və ərəb dilində. Ərəbcə versiya sağdan sola oxunur və bütün səhifə buna uyğun qurulub. Bu, Bakıya gələn qonaqlar üçün xüsusilə rahatdır.

Axtarmaq asandır

Kateqoriyanı seçirsiniz, sonra wi-fi, park yeri, canlı musiqi və ya yay terrası kimi filtrlərlə siyahını daraldırsınız. Hər filtrin yanında neçə məkan olduğu yazılır.

Saytda həm də «Balıq restoranları», «Uşaqlarla gedilə bilən məkanlar» kimi hazır kolleksiyalar var. Onlar «bu axşam hara gedək?» sualına tez cavab verir.

Nəticə

BakuGuide telefonda da, kompüterdə də rahat işləyir. Google-da «restoranlar», «bakıda restoranlar» kimi sorğularda ilk beşlikdə yer alır.

Təhvil verdiyimiz işin real ekran görüntüləri.

  • bakuguide.com
    BakuGuide ana səhifəsi — kateqoriya menyusu, məkan axtarışı sahəsi və Bakı məkanlarının şəkillərindən ibarət slayd-şou
    Ana səhifə — hər kateqoriya bir klik uzaqlıqdadır, axtarış isə menyunun altındadır.
  • bakuguide.com
    Restoranlar kateqoriyası səhifəsi — Wi-Fi, parkinq, canlı musiqi, yay terrası kimi xüsusiyyət düymələri, hər birində uyğun məkanların sayı
    Kateqoriya səhifəsi — hər filtr düyməsi basmadan əvvəl neçə məkan qalacağını göstərir.
  • bakuguide.com
    «Bakıda ailəvi restoranlar» kolleksiyası — qısa giriş mətni və hər restoranın şəkli ilə orta qiymətini göstərən kartlar
    Redaksiya kolleksiyası — «hara gedək?» sualına əl ilə seçilmiş cavab.
  • bakuguide.com
    BakuGuide ana səhifəsinin ərəbcə versiyası — səhifə sağdan sola düzülüb, loqo sağda, menyu və axtarış sahəsi güzgü kimi çevrilib
    Ərəbcə versiya — bütün səhifə sağdan sola oxunmaq üçün avtomatik çevrilir.
  • BakuGuide ana səhifəsinin telefonda görünüşü — dil seçimi, sürüşən kateqoriya menyusu, axtarış sahəsi və kolleksiya kartları
    Telefonda eyni bələdçi — kolleksiyalar slayd-şounun düz altındadır.