Skip to content
Elit Solutions
Veb Dizayn

Viplife.az — Onlayn Mağaza

Node.js backend və Next.js frontend — müştərinin mağazalarında işləyən MSSQL sisteminin üzərinə GraphQL API qurduq, SMS OTP və iki ödəniş sistemi inteqrasiya etdik.

Müştəri: Viplifeİl: 2022Sayta bax

Layihə haqqında

Viplife-ın Azərbaycanda fiziki mağaza şəbəkəsi var və bu mağazalar illərdir MSSQL üzərində işləyən öz satış-anbar sistemindən istifadə edir. Müştəri onlayn satışa çıxmaq istəyirdi — amma bir şərtlə: yeni sayt ayrı bir ada olmasın, mağazalarla eyni məlumatla işləsin.

Mövcud sistemin üzərində qurmaq

Məhsulları yeni bir bazaya köçürmək və iki sistemi bir-biri ilə sinxronlaşdırmağa çalışmaq əvəzinə, backend-i birbaşa müştərinin işlək MSSQL serverinə bağladıq. Yəni:

  • Məhsul, qiymət və qalıq məlumatı mağazadakı sistemdən gəlir
  • Anbarda dəyişiklik olan kimi sayt onu görür
  • Personal öyrəşdiyi sistemdə işləməyə davam edir, ikinci panel yoxdur

GraphQL API

Backend-i Node.js ilə yazdıq və köhnə relyasion sxemin üzərinə GraphQL API qurduq. Frontend hansı sahələrə ehtiyacı varsa yalnız onları istəyir — bu, məhsul kataloqu kimi ağır səhifələrdə lazımsız məlumat ötürülməsinin qarşısını aldı.

SMS gateway və OTP ilə giriş

İstifadəçilər sistemə telefon nömrəsi ilə daxil olur. Bunun üçün SMS gateway inteqrasiya etdik: qeydiyyat və hər girişdə nömrəyə birdəfəlik kod (OTP) göndərilir və nömrə həmin anda təsdiqlənir. Nəticədə parol saxlamağa ehtiyac qalmır, saxta qeydiyyatların qarşısı alınır və sifariş anında əlaqə nömrəsinin doğruluğu təmin olunur.

İki ödəniş sistemi

Sayta iki ayrı ödəniş sistemi qoşduq — müştəri kartla ödəniş zamanı hansını istəsə, onu seçə bilir. İki provayderin olması həm də praktiki bir üstünlük verir: biri texniki səbəbdən işləmədikdə satış dayanmır, ödənişlər digəri üzərindən davam edir.

Frontend

Sayt Next.js ilə hazırlandı — server tərəfdə render olunan məhsul səhifələri həm sürətli açılır, həm də axtarış motorları tərəfindən problemsiz indekslənir. Bu, məhsul səhifələrinin Google-dan trafik gətirməsi üçün vacib idi.