Marketinq

İnternet marketinq və ya onlayn marketinq veb, email və sosial şəbəkələr kimi vasitələrdən istifadə etməklə satışı artırmaq üçün görülən işləri ehtiva edir. İnternet marketinq və ya onlayn reklam üçün görülən işlər, ümumiyyətlə, radio, TV, qəzet və jurnallar, küçə reklamları kimi ənənəvi reklam növləri ilə birlikdə həyata keçirilir.

İnternet marketinqi əsas olaraq veb marketinq, email marketinq və sosial media marketinq olmaqla 3 hissəyə bölmək olar:

  1. Veb Marketinq elektron ticarət portalları, reklam yönlü və ya məlumat xarakterli saytlar, axtarış motorlarında reklam və SEO adlandırılan, axtarış motorları üçün optimizasiya metodları ilə axtarış motorlarında açar sözlərə görə yüksək sıralarda çıxmaq metodlarını ehtiva edir.
  2. Email Marketinq cari və potensial müştərilərə email vasitəsilə tanıtım məqsədli məlumatların göndərilməsidir.
  3. Sosial Media Marketinq Facebook, Twitter, Instagram, YouTube kimi sosial şəbəkələr vasitəsilə reklam və marketinqi ehtiva edir.

Həmçinin, internet marketinqə kontent marketinq, bloq marketinq, viral marketinq, koordinata uyğun marketinq kimi növlər də daxildir.

ElitSolutions olaraq şirkətinizə İnternet Marketinq strategiyanızı qurmağa kömək etməklə satışlarınızı artırmağa hazırıq!