SEO (Search Engine Optimization) Azərbaycan dilində Axtarış Sistemi Optimizasiyası deməkdir.
Bu,saytınızın google-da təbii yolla üst sıralara çıxması üçün görülən işlərdir. Adətən, axtarış sistemlərində hər hansı bir şeyi axtararkən qarşımıza çıxan nəticələr arasından üst sıralarda olan nəticələrə daxil olmağa üstünlük verdiyimiz üçün SEO olduqca vacibdir. Professional SEO ustaları saytları hazırlayarkən onların axtarış sistemləri tərəfindən asanlıqla tanınıb, üst sıralara çıxması üçün lazım gələn bütün işləri görürlər. Təbii yolla saytların populyarlaşdırılması əlbəttə marketiq baxımından da olduqca vacibdir. İnternet məkanında markanızın müsbət imicinin formalaşdırılmasında SEO-nun rolu böyükdür.
Google hər keçən gün inkişaf etdirdiyi üsullar vasitəsilə süni SEO işlərini ayırd edə biləcək hala gəldiyi üçün saytınızın professional SEO ustalarına həvalə edildiyindən əmin olun. Rəqabəti çətin və aktiv olan sektorlarda uğur qazanmaq üçün maksimum araşdırma və tətbiq lazım gəlir. Saytınıza daha çox baxış sayı cəlb edə bilmək üçün geniş SEO işləri görmək lazımdır.
Vaxt keçdikcə markanızın tanınmasına da təsir edən bu işlər ilə reklam gəliri və ya məhsul satışlarında maksimum səviyyədə geri dönüş əldə edə bilərsiniz.