Skip to content
Elit Solutions
Mobil Tətbiqlər

Viplife — Mobil Tətbiq

Onlayn mağazanın React Native tətbiqi — sayt ilə eyni GraphQL API üzərində işləyir, ona görə də kataloq və qalıq həmişə eynidir.

Müştəri: Viplifeİl: 2023

Layihə haqqında

Viplife.az saytı işə düşdükdən sonra müştəri eyni mağazanı telefonda da istədi. Backend və GraphQL API artıq hazır olduğu üçün tətbiq sıfırdan sistem qurmaq deyil, mövcud API-nin üzərinə mobil interfeys yazmaq məsələsinə çevrildi.

Tətbiq

Tətbiqi React Native ilə yazdıq və iOS ilə Android üçün eyni kod bazasından yayımladıq. Tətbiq saytın istifadə etdiyi GraphQL API-yə qoşulur — yəni:

  • Məhsul kataloqu, qiymətlər və anbar qalığı saytla eynidir
  • Giriş saytdakı kimi SMS OTP ilə, ödəniş isə eyni ödəniş sistemləri üzərindən gedir
  • Sifariş mağazadakı MSSQL sisteminə düşür
  • Yeni məhsul əlavə etmək üçün tətbiqin yenilənməsi tələb olunmur

Nəticə

Müştəri bir backend, bir məlumat mənbəyi və üç satış kanalı — mağaza, sayt və mobil tətbiq — ilə işləyir. Hər kanal üçün ayrıca sistem saxlamağa ehtiyac yoxdur.

Təhvil verdiyimiz işin real ekran görüntüləri.

  • iPhone-da Viplife tətbiqinin ana ekranı — axtarış sətri, kampaniya banneri və yeni məhsullar sırası

    Ana ekran: axtarış, kampaniyalar və ən yeni məhsullar.

  • Viplife tətbiqində məhsul ekranı — saç maskası, endirimli qiyməti və səbətə əlavə düyməsi

    Məhsul ekranı. Qiymət və qalıq saytla eyni GraphQL API-dən gəlir.

  • Viplife tətbiqinin səbət ekranı — seçilmiş məhsullar, sayları və sifarişin ümumi məbləği

    Səbət — ümumi məbləğ və bonus balansı ilə.

  • Viplife tətbiqində elektron kataloq ekranı — kataloqun tam səhifəlik məhsul yayımı

    Çap kataloqu, səhifə-səhifə, tətbiqin içində.

  • Viplife tətbiqinin sifarişlər ekranı — keçmiş sifarişlərin nömrəsi, tarixi, çatdırılma statusu və məbləği

    Sifariş tarixçəsi — mağazaların MSSQL sistemində gördüyü eyni sifarişlər.