Skip to content
Elit Solutions
Mobil Tətbiqlər

Qafqazinfo.az — Mobil Tətbiq

Xəbər portalı üçün API və onun üzərində qurulmuş iOS/Android tətbiqi — saytda dərc olunan xəbər dərhal telefonda.

Müştəri: Qafqazinfoİl: 2017

Layihə haqqında

Qafqazinfo.az saytını yenidən qurduqdan sonra müştəri oxucularına mobil tətbiq də təklif etmək istədi. Sayt artıq bizim hazırladığımız sistem üzərində işlədiyi üçün tətbiqi eyni məzmun bazasına bağlamaq mümkün oldu.

Xəbər API-si

Saytda dərc olunan hər xəbəri mobil tətbiqə ötürən API hazırladıq. API xəbər axını, kateqoriyaları, axtarışı və tək xəbərin tam mətnini verirdi — yəni redaktor saytda xəbəri dərc edən kimi o, tətbiqdə də görünürdü. Ayrıca məzmun idarəetməsi lazım gəlmədi.

Tətbiq

Tətbiqi o dövrün texnologiyası olan PhoneGap ilə yazdıq və hər iki platforma — iOS və Android — üçün eyni kod bazasından yayımladıq. Xəbər tətbiqi üçün bu düzgün seçim idi: məzmun onsuz da veb əsaslıdır və iki ayrı native tətbiq yazmaq büdcəni iki qat artırardı.

Tətbiq müştəriyə təhvil verilib. Mağazalardakı bugünkü versiya artıq bizim hazırladığımız tətbiq deyil — müştəri onu öz komandası ilə davam etdirir.