Skip to content
Elit Solutions

ASO — App Store optimizasiyası

Tətbiqinizin App Store və Google Play-də daha çox tapılması və yüklənməsi.

ASO (App Store Optimization) tətbiqinizin App Store və Google Play-də axtarış nəticələrində yuxarı çıxması üçün görülən işlərdir. Yükləmələrin böyük hissəsi mağaza daxilindəki axtarışdan gəlir — orada görünmürsünüzsə, tətbiq nə qədər yaxşı olsa da tapılmır.

Biz açar söz araşdırması aparır, başlıq, alt başlıq və təsviri optimallaşdırır, skrinşot və ikonu konversiyaya görə sınaqdan keçiririk. Mağaza məzmununu 21 dilə qədər lokallaşdırırıq — beləliklə tətbiqiniz təkcə Azərbaycanda deyil, beynəlxalq bazarlarda da tapılır.

Nə təklif edirik

  • Açar söz araşdırması
  • 21 dildə mağaza məzmunu
  • Skrinşot və ikon testi

Bu xidmətlə maraqlanırsınız?

Pulsuz qiymət təklifi üçün bizimlə əlaqə saxlayın.

Təklif Al