Web Servis web üzərindən HTTP protokolu ilə xidmət göstərən proqram parçalarıdır. Web servisi istifadə etmək istədiyiniz proqram parçasının hansı dildə yazıldığının elə bir mənası yoxdur. Çünkü nəticədə Web servisdən alacağınız məlumat tipi XML-dir. Platformaların da elə bir mənası yoxdur. Unix üzərində işləyən bir tətbiq ilə Windows üzərində işləyən tətbiq eyni Web Servisi problemsiz istifadə edə bilərlər.
Bir web servisdən məlumat oxuyub məlumat almaq istədiyinizdə kompyuterinizdə məlumat transferinin reallaşması üçün bir port açılır və bu portdan məlumat oxunub məlumat göndərilir.
Web Servisin istifadə olunduğu sahələrə bir neçə nümunə göstərək.
Mərkəzi bank hər gün valyuta məzənnəsini öz sistemi üzərində təyin edər və bu məlumat üzərində əməliyyat aparan təşkilatlar mərkəzi bankın Web Servisləri vasitəsilə gün içində dəyişən məlumatlarını öz sistemlərinə çəkərlər və bu şəkildə mərkəzi bir quruluşun meydana gəlməsi təmin edilmiş olur.
Windows Messenger tərzində bir tətbiq düzəltdiniz, istifadəçilər saytınız vasitəsi ilə sisteminizdə qeydiyyatdan keçdilər ve məlumatları Web Server-də olan Database-ə qeyd edildi. Chat-a başlaya bilmək üçün kompyuterlərinə sizin tətbiqi yüklədilər. Proqramı işə saldıqları zaman proqram daxil olan istifadəçilərin kim olduğunu təyin ede bilmək üçün bu istifadəçidən "İstifadəçi Adı", "Şifrə" məlumatlarını istədi. Artıq sizin istifadəçinin Client-da olan tətbiqinizdə "İstifadəçi Adı", "Şifrə" məlumatları var, ancaq qeydiyyatda olan istifadəçinin məlumatı Web Server-də. Arada hər hansı bir əlaqə qurmaq lazımdır və bu məqamda köməyinizə Web Servislər yetişər.
Yazmış olduğunuz və Web Server üzərində işləyən bir Web Servis-ə bu parametrləri daxil edərək daxil olan istifadəçinin həqiqətən sistemdə var olub olmadığını, varsa dost siyahısını və oxşar məlumatları Client-a çəkə bilərsiniz.