Dinamik veb sayt

     Veb sayt və ya individual veb səhifələr statik və dinamik olurlar. Statik veb saytlarda yerləşdirilən məlumatlar yenilənmir və ya hər sayt baxışı üçün statik qalır. Dinamik veb saytlar istifadəçidən, zaman qurşağından, istifadəçinin doğma dilindən və digər faktorlardan asılı olaraq dəyişir.

     Bir sözlə, dinamik veb səhifələr həmişə bir neçə daxili mənbədən dəyişilir və yenilənir, məsələn, istifadəçi şərhləri, səhifələrin elementləri, hansı ki, ixtiyar (random) olaraq yaranır. Müqayisə üçün, statik səhifələr yalnız əl ilə sayta dəyişikliklər etdikdə yenilənir.