Responsive saytlar

Responsive dizayn 

Responsive dizayn- web sayta mobil telefon və ya planşetdən daxil olduqda, saytda olan şəkil və mətnlərin ekran ölçüsünə görə tam oturmasıdır. Ümumiyyətlə responsive dizayn desktop, planşet və mobil versiya olmaqla, mərhələli şəkildə hazırlanır.
Bilindiyi kimi web saytlara mobil cihazlardan daxil olduqda ziyarətçilər saytı nəzərdən keçirmək və naviqasiya etməkdə çətinlik yaşayırlar. Əgər daxil olduqları sayt responsive deyilsə, oxumaq istədikləri sahəni ancaq ekran görüntünü artırmaqla, yaxınlaşdırıb (zoom in edib), məhdud bir sahəsini gözdən keçirə bilərlər ki, belə olan halda da həm oxumaqda çətinlik çəkərlər, həm də daha çox zaman itirərlər. Bu tip saytlarda saytın menyularını da nəzərdən keçirmək olduqca çətindir. Menyular mobil versiyaya uyğun olmadığı üçün ümumiyyətlə, istədikləri linklərə rahat klikləyib saytda axtarış etməkdə (surfing) də çətinlik çəkirlər.